BAKI, 30 avqust. TELEQRAF
Yəmənin Ənsar Allah hərəkatı (Husilər) Əhməd Qalib əl-Rahavinin öldürülməsinə görə İsraildən qisas alacaq.
Teleqraf xəbər verir ki, bunu hərəkatın Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşət bildirib.
"Yəmən xalqının və şəhidlərin ruhu qarşısında and içirik ki, qisas alacağıq və əzablarımızı qələbəyə çevirəcəyik. Əziz Yəmən xalqını əmin edirik ki, silahlı qüvvələrimiz tam döyüş hazırlığındadır", - deyə Mehdi əl-Məşət bildirib.
O əlavə edib ki, hərəkat tərəfdarlarının qisası uzun çəkməyəcək: "Husilərin baş nazirinin öldürülməsinə görə İsrail üçün qara günlər gələcək".
Ənsar Allahın Ali Siyasi Şurasının rəhbəri İsraildə fəaliyyət göstərən bütün şirkətləri ölkəni çox gec olmadan tərk etməyə çağırıb.