Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Çinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın burada rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
R.T.Ərdoğan sentyabrın 1-də Çinin Tianjin şəhərində keçiriləcək ŞƏT sammitinin genişləndirilmiş iclasında çıxış edəcək və digər dövlətlərin liderləri ilə görüşlər keçirəcək.
ŞƏT 2001 - ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri tərəfindən Şanxayda yaradılmış beynəlxalq təşkilatdır. Təşkilat terrorçuluq, ekstremizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə və ticarət-iqtisadi əlaqələrin inkişafı ilə məşğuldur. Hazırda ŞƏT-ə 10 ölkə daxildir. Təsisçi dövlətlərdən əlavə Belarus, Hindistan, İran və Pakistan da təşkilata üzvdürlər.
Xəbər 4 dəfə oxunub.