AZ

Estoniya ÜDM-in 5%-dən çoxunu müdafiəyə ayırmağı planlaşdırır

Bakı. Trend:

Estoniyanın Baş naziri Kristen Mixal ölkənin ümumi daxiliməhsulunun (ÜDM) 5%-dən çoxunu müdafiə xərclərinə ayırmaq niyyətiniaçıqlayıb.

Trend xəbər verirki, bunu o, Ursula fon der Lyayenlə görüşündə deyib.

Baş nazir bildirib: "Estoniya qarşıdakı dörd il ərzində ÜDM-in5%-dən çoxunu müdafiə ehtiyaclarına ayırmaq niyyətindədir".

Mixalın sözlərinə görə, bu xərclərin maliyyələşdirilməsi üçünhökumət SAFE kredit alətindən istifadə etməklə borc vəsaitlərihesabına 3,6 milyard avroya qədər vəsait cəlb etməyiplanlaşdırır.

Qeyd edək ki, iyun ayında keçirilən NATO sammitində üzv ölkələr2035-ci ilə qədər əsas müdafiə ehtiyaclarına hər il ÜDM-in 5%-nixərcləmək barədə razılığa gəliblər.

Seçilən
7
az.trend.az

1Mənbələr