BAKI, 31 avqust. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Prezident Si Cinpinin dəvəti ilə dörd günlük Çinə səfərə gedir.
Teleqraf xəbər verir ki,Putinin xarici ölkəyə belə uzunmüddətli səfəri nadir hadisədir.
Putin səfəri zamanı Çinin paytaxtı ilə yanaşı, Tyanşinə də gedəcək.Məhz burada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının tədbirləri avqustun 31-dən sentyabrın 1-dək keçiriləcək. Daha sonra sentyabrın 1-də Rusiya lideri Pekinə gedəcək.
Rusiya-Çin danışıqları sentyabrın 2-nə planlaşdırılıb. Rusiya prezidentini çoxlu sayda nazir və biznes nümayəndələri müşayiət edəcək.
Liderlər Çinin paytaxtında çay süfrəsi arxasında "ən ciddi məsələləri" müzakirə etməyi planlaşdırırlar.
Müzakirə olunacaq məsələlər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsindən tutmuş regional və beynəlxalq durum, o cümlədən Yaxın Şərq və Qafqazdakı vəziyyət də var.
Liderlər Ukrayna nizamlanmasına xüsusi diqqət yetirəcəklər.