AZ

ABŞ Fələstin liderinə və kabinetinə viza vermədi

ABŞ hökuməti Fələstin Prezidenti Mahmud Abbas, təxminən 80 Fələstin Milli Administrasiyası və Fələstin Azadlıq Təşkilatıəməkdaşına BMT Baş Assambleyasında iştirak üçün viza verməyib.

XəzərNews.az Musavat.com-a istinadla xəbər verir ki, istisna yalnız Fələstinin BMT-dəki daimi nümayəndəliyinin üzvlərinə şamil olunub.

ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir ki, vizə məhdudiyyətləri Fələstin rəsmilərini öhdəliklərini yerinə yetirmədiklərinə və sülh perspektivlərini zəiflətmələrinə görə məsuliyyətə cəlb etmək məqsədi daşıyır.

Bundan əlavə, Ağ Ev qeyd edib ki, vizə sistemi terror fəaliyyətlərini dəstəkləyən şəxslər üçün istifadə olunmamalıdır.

Xəbər 2 dəfə oxunub.
Seçilən
26
xezernews.az

1Mənbələr