BAKI, 31 avqust. TELEQRAF
Qəzzada İsrail ordusunun hərbçisi səhvən döyüşçü yoldaşını öldürüb.
Teleqraf xəbər verir ki, ötən gün səhər saatlarında Han Yunus şəhərində ordu zabiti ehtiyat bölüyünün əsgəri tərəfindən səhvən güllələnib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Bununla da son iki ildə İsrail ordusunda öldürülənlərin sayı 900-ə çatıb.