Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi "Partizani" Albaniya Superliqasında 2-ci tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda evdə "Teuta" ilə qarşılaşıb. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Vüsal da bu matçda iştirak edib. O, meydana start heyətdə çıxıb və 70-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Partizani" hazırda çempionatın turnir cədvəlində 4 xalla 2-cidir.