Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bu payızda keçiriləcək QUAD sammitiüçün Hindistana nəzərdə tutulan səfərini ləğv edib.
Trend xəbər verirki, bu barədə “The New York Times” dövlət başçısının iş qrafiki ilətanış olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp əvvəlcə Hindistanın baş naziri NarendraModini sammitdə iştirak edəcəyinə dair məlumatlandırıb, lakinsonradan “planlarını yenidən nəzərdən keçirib”. Qərarın səbəbləriaçıqlanmayıb.
Nəşr əlavə edir ki, hazırda Modi Amerika lideri tərəfindən“kənar adam” kimi qəbul olunur.