AZ

Premyer Liqa: “Çelsi”dən növbəti, MY-dən ilk qələbə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 3-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.

“Çelsi” doğma meydanda qarşılaşdığı “Fulhem”i 3 cavabsız qolla məğlub edib. “Mançester Yunayted” də “Börnli” ilə ev oyununda ilk qələbəsini qazanıb. “Sanderlend” “Brentford”u məğlub yola salıbsa, “Vulverhempton” evdə “Everton”a, “Tottenhem” də “Bornmut”a uduzub. “Lids” – “Nyukasl” matçında isə qapılara qol vurulmayıb.

Turun qalan görüşləri avqustun 31-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
3-cü tur

30 avqust

Çelsi – Fulhem 3:0
Qollar: J.Pedro, 45+9. E.Fernandes, 56-pen.

Lids – Nyukasl 0:0

Mançester Yunayted – Börnli 3:2
Qollar: Kullen, 27-öz qapısına. Mbömo, 57. B.Fernandes, 90+7-pen – Foster, 55. Antoni, 66.

Sanderlend – Brentford 2:1
Qollar: Le Fi, 82-pen. İsidor, 90+6 – Tyaqo, 77.

Vulverhempton – Everton 2:3
Qollar: Hvanq, 21. R.Qomes, 70 – Beto, 7. Ndiaye, 33. Dyusberi-Holl, 55.

Tottenhem – Bornmut 0:1
Qol: Evanilson, 5.

31 avqust

17:00. Brayton – Mançester Siti
17:00. Nottingem Forest – Vest Hem
19:30. Liverpul – Arsenal
22:00. Aston Villa – Kristal Pelas

Seçilən
15
1
arena.az

2Mənbələr