AZ

Belarus ərazisində KTMT təlimləri başlayır

Bazar günü Belarusda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ( KTMT ) çərçivəsində bir sıra təlimlər rəsmən başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" nəlumat yayıb.

Təlimlər Vitebsk vilayətində keçiriləcək və manevrlər 6 sentyabra qədər davam edəcək. “Losvido” və “Lepelsk” poliqonları bu məqsədlə istifadə olunacaq.

KTMT-nin Birləşmiş Qərargah rəisi Andrey Serdyukov bildirib ki, Kollektiv Operativ Reaksiya Qüvvələri (KORQ) ilə birgə keçiriləcək “Əməkdaşlıq–2025” təlimi təşkilat çərçivəsində əsas əməliyyat və döyüş hazırlığı tədbiri olacaq.

Seçilən
23
publika.az

1Mənbələr