Almaniyanın Frankfurt şəhərində Fələstinin dəstəkləndiyi etiraz aksiyasında on mindən çox insan iştirak edib.
APA xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
“United 4 Gaza” nümayişi çərçivəsində 10 min fələstinli fəal Frankfurtda yürüş edir”, - deyə məlumatda deyilir.
Məlumatda həmçinin qeyd olunub ki, əvvəlcə 5 min nəfərin iştirak edəcəyi elan edilsə də polis aksiyada on mindən çox iştirakçının olduğunu bildirib.