AZ

İsrailin məhv etdiyi nazirlərin ADLARI AÇIQLANDI

İsrail husilərin hökumətində xarici işlər naziri vəzifəsini icra edən Camal Ameri və hərəkatın daha üç hökumət üzvünü məhv edib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Yəməndəki mənbə məlumat verib.

İsrailin hava hücumları nəticəsində məhv edilənlər arasında gənclər və idman naziri Məhəmməd əl-Maulid, enerji və su ehtiyatları naziri Əli Seyf Həsən, eləcə də baş nazirin ofisinin direktoru Məhəmməd əl-Kabsi yer alır.

Husilərin nəqliyyat və ictimai işlər naziri Məhəmməd Ayaş Kahim və rabitə naziri Məhəmməd əl-Məhdi ağır yaralanıblar.

Avqustun 29-da İsrailin Yəmən hökumətinin baş nazirini Sənaya endirdiyi hava zərbəsi nəticəsində məhv etdiyi məlum olub. İsrail qırıcıları Sənanın cənubundakı Hadda bölgəsində yerləşən və husilərin kabinet iclası keçirilən binanı bombalayıblar.

Seçilən
4
publika.az

1Mənbələr