BAKI, 31 avqust. TELEQRAF
Almaniya polisi Köln şəhərində müharibə əleyhinə aksiyanı dağıdıb.
Teleqraf xəbər verir ki, bu barıdı "WDR" radiosu məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, mitinqdə 1000-3000 nəfər iştirak edib. Nümayişçilər hərbi xidmət haqqında qanuna və ölkədə artan silahlanmaya qarşı çıxış ediblər.
Qeyd olunur ki, nümayişçilər beynəlxalq, o cümlədən Rusiya ilə dostluğun vacibliyini vurğulayıblar.