BAKI, 31 avqust. TELEQRAF
Jurnalist Laura Rozen X sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampın Virciniya ştatının Sterlinq şəhərindəki qolf meydançasından fotosu paylaşıb.
Teleqraf xəbər verir ki, bu, amerikalı liderin internetdə ölümü ilə bağlı şayiələr yayılmağa başlayandan bəri ilk şəklidir.
İddia olunurdu ki, Tramp bir neçə gündür ictimaiyyət qarşısında heç bir çıxış etmir. Buna səbəb prezidentin sağ əlindəki böyük qançır izlərinin olmasıdır.Ağ Ev ABŞ prezidentinin ölümü ilə bağlı məlumatı təkzib edib.
Daha öncə bildirilib ki, ABŞ prezidenti Donald Trampa xroniki venoz çatışmazlıq diaqnozu qoyulub.