ain.az, Oxu.az portalına istinadən məlumat verir.
İdman avtomobilləri istehsalçısı "Lotus Cars" satışların azalması və ABŞ tariflərinin mənfi təsiri fonunda qeyri-populyar tədbirlər görməyə məcbur qalıb.
Oxu.Az "The Guardian"a istinadən xəbər verir ki, brend işçilərinin demək olar ki, 50%-ni ixtisar edəcək.
Məlumata görə, şirkətdə hazırda 1300 min nəfər işləyir və onlardan ən azı 550 nəfəri yaxın gələcəkdə işini itirəcək.
İlk yarımillik üzrə hesabata əsasən "Lotus" 2024-cü ilin eyni dövrü ilə müqayisədə 43% daha az - 2813 avtomobil tədarük edib. 2025-ci ilin ilk altı ayında şirkətin gəliri 45% azalaraq 218 milyon dollar olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.