AZ

Britaniya kral ailəsinin avtomobili satışa çıxarılacaq

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sentyabr ayında Nottingemşirdə keçiriləcək "H&H" auksionunda nadir "Jaguar Mk IX" hərraca çıxarılacaq.

Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, dövrünün ən dəbdəbəli modellərindən biri hesab edilən sedan əla vəziyyətdədir. O Britaniya kral ailəsinin qarajına daxildir.

Onun təqribi qiymətinin 30-35 min funt olacağı gözlənilir.

1959-cu ilin "Jaguar"ı Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı Keyt Middlton və iki uşağına xidmət edib. Onun yürüşü 60 min kilometrdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
76
5
oxu.az

6Mənbələr