AZ

Sentyabrın 2-də Yer kürəsində güclü maqnit qasırğaları gözlənilir

BAKI, 31 avqust. TELEQRAF

Alimlər Günəş plazmasının planetə doğru atılması ilə əlaqədar sentyabrın 2-də Yer kürəsində güclü maqnit qasırğalarının olacağını proqnozlaşdırırlar.

Teleqraf xəbər Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyasının Telegram kanalına istinadən xəbər verir ki, qasırğa Günəşdə M2.76 alışması nəticəsində baş verib.

Bildirilir ki, Günəş materiyası çərşənbə axşamı, sentyabrın 2-də Yerin orbitinə çataraq, G2-G4 səviyyəli maqnit qasırğalarına səbəb olacaq.

Seçilən
27
teleqraf.com

1Mənbələr