Bakı. Trend:
İspaniya La Liqasında 3-cü tur çərçivəsində daha 4 oyun baştutub.
Trend xəbər verirki, "Atletiko" səfərdə "Alaves"in qonağı olub.
Madrid təmsilçisi bu görüşdə də xal itirib. Qələbəyə həsrətqalan Dieqo Simeonenin komandası ardıcıl ikinci dəfə heç-heçəedib.
Madridin digər klubu "Real" isə turu 3 xalla başa vurub. Onlarhesabda geri düşdükləri oyunda "Malyorka" üzərində qələbəqazanıblar.
İspaniya La Liqası
19:00. Alaves - Atletiko - 1:1
21:00. Ovyedo - Real Sosyedad - 1:0
21:30. Jirona - Sevilya - 0:2
23:30. Real - Malyorka - 2:1