BAKI, 31 avqust. TELEQRAF
NATO qoşunlarının Ukraynaya yeridilməsi Rusiya ordusu ilə birbaşa qarşıdurma ilə nəticələnə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Çikaqo Universitetinin professoru Con Mearsheimer bildirib.
Ekspertin fikrincə, NATO Ukrayna ərazisinə qoşun yeridən kimi Rusiya ordusu silahlarını onlara qarşı yönəldəcək.
"Sual budur ki, sizcə, NATO əsgərləri ilə Rusiya ordusu arasında bu döyüşdə kim qalib gələcək? Əgər mərc etməli olsam, "ruslar" deyərdim", - Mearsheimer deyib.