Bakı. Trend:
2015-ci ildən bəri ilk dəfə Almaniyada işsizlik səviyyəsipsixoloji həddi aşaraq üç milyon nəfəri keçib.
Trend-in DW-yəistinadən məlumatına görə, Federal Məşğulluq Agentliyinin (BA)avqustun 29-da açıqladığı hesabata əsasən, işsizlərin sayı 46 minartaraq 3,025 milyona çatıb. Nəticədə işsizlik səviyyəsi 0,1 faizbəndi yüksələrək 6,4 faiz olub.
“Avqust ayında gözlədiyimiz baş verdi: işsizlik yay mövsümü iləəlaqədar üç milyondan yuxarı qalxdı”, – deyə şöbə müdiri AndreaNales bildirib.
O, əmək bazarının hələ də son illərin iqtisadi tənəzzülündənəziyyət çəkdiyini vurğulayıb.
Mövsümi düzəlişlər nəzərə alındıqda, avqustda işsizlərin sayıiyulla müqayisədə 9 min nəfər azalıb. Halbuki analitiklər əksinə,10 min nəfər artım gözləyirdilər. İllik müqayisədə isə işsizlərinsayı 153 min nəfər çoxalıb.