ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
“Ermənistan yeni strateji reallıqla üz-üzədir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı və “Respublika Naminə” partiyasının lideri Arman Babacanyanın yazıb.
O bildirib ki, adambaşına ChatGPT-dən istifadə baxımından ermənilər dünyada beşinci, regionda isə birincidir.
Babacanyan iddia edib ki, bu, təkcə rəqəmsal savadlılığın göstəricisi deyil, həm də süni intellektin milli təşəbbüs və milli güclə birləşməsidir.
“Ermənistan süni intellekt tədqiqatları, təlimləri və innovasiyaları üçün regional mərkəzə çevrilə bilər”, – A.Babacanyan bildirib.
Diqqət çəkən məqam ilk 5-likdə dünyanın supergüclərinin yer almamasıdır.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.