AZ

Ukrayna ordusu Xarkovun yaşayış məntəqəsini azad etdi

BAKI, 31 avqust. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətinin Mirnoye qəsəbəsini azad edib.

Teleqraf xəbər verir ki, bu barədə "DeepState" xəritəsinin yenilənmiş variantında qeyd olunur.

Bildirilir ki, ruslar həmin mövqelərdən Kupyanska gedən marşruta nəzarət edə bilirdilər.

Kəndin azad edilməsi ilə bağlı məlumatı “Dnepr” əməliyyat-strateji qrupunun mətbuat katibi Viktor Trequbov da təsdiqləyib.

"Ruslar Mirnıdan çıxarıldı. Yaralanan və ya ölən ruslar haqqında məlumat yoxdur", - o, "Suspilne"a bildirib.

Trequbov həmçinin qeyd edib ki, Ukrayna hərbçiləri irəliləməkdə davam edir.

Rusiya Kupyanska keçmək üçün ehtiyatlarının əhəmiyyətli bir hissəsini toplayıb . Ukrayna Silahlı Qüvvələrinin zabiti Andrey Tkaçuk bildirib ki, şəhər üçün ciddi təhlükə var.

Seçilən
13
teleqraf.com

1Mənbələr