AZ

İsveçrə qızıl istehsalçıları ABŞ-də zavod açmaqdan imtina ediblər

Bakı. Trend:

İsveçrə qızıl istehsalçıları Donald Tramp administrasiyasınıntəzyiqlərinə baxmayaraq, ABŞ-də yeni zavodlar açmaq niyyətindədeyillər.

Trend-in “NeueZürcher Zeitung” qəzetinə istinadən məlumatına görə, keçmişdiplomat Tomas Borer qızıl emalının bir hissəsini ABŞ-yə köçürməyitəklif etsə də, istehsalçılar bu ideyanı dəstəkləməyiblər.

Son vaxtlar İsveçrədən ABŞ-yə böyük həcmdə qızıl ixrac edilirki, bu da Vaşinqtonda narazılıq yaradıb. İddialara görə, ABŞ-nindemək olar ki, bütün İsveçrə mallarına 39 faizlik rüsum tətbiqetməsinin səbəblərindən biri də məhz budur.

İsveçrədə bir sıra siyasətçi və biznes nümayəndəsi qızılixracına məhdudiyyətlərin tətbiqini və əlavə vergilərin qoyulmasınımüzakirə edirlər. Şirkətlər isə bildirirlər ki, “Swiss made” nişanıİsveçrə qızılının keyfiyyət göstəricisidir və hasilatın xaricəköçürülməsi bu imicə zərər vura bilər.

Seçilən
6
2
az.trend.az

3Mənbələr