AZ

Fransada milyonlarla bank müştərisi ödəniş problemləri ilə üzləşib

Bakı. Trend:

Fransada təxminən 14 milyon sakinə xidmət göstərən iri banklarınödəniş sistemlərində nasazlıq yaranıb.

Trend-in “LeParisien”ə istinadən məlumatına görə, “Credit Mutuel” və CICmüştəriləri kredit kartları ilə alış-veriş və nağd pul çıxarışındaçətinliklərlə üzləşiblər.

“Credit Mutuel” problemi İT departamentinin əməkdaşlarıtərəfindən tez bir zamanda aradan qaldırılan “daxili nasazlıq” kimiizah edib. Bildirilib ki, çətinliklər kompüter sistemlərininyenilənməsi ilə əlaqədar yaranıb.

“Downdetector” portalının məlumatına əsasən, “Credit Mutuel”üzrə 5 mindən çox, CIC üzrə isə 3 minə yaxın şikayət qeydə alınıb.Hadisə səbəbindən bəzi müştərilər ödəyə bilmədikləri ərzaqlarısupermarketlərdə tərk etməli olublar.

Seçilən
32
1
az.trend.az

2Mənbələr