BAKI, 31 avqust. TELEQRAF
Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.
Teleqraf xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
“Azərişıq” ASC-nin əməkdaşları qəsəbə ərazisində təmir işləri apararkən qurumun əməkdaşı 1985-ci il təvəllüdlü Zeynalov Elnur Nadir oğlunu elektrik cərəyanı vurub.
E.Zeynalov hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.