AZ

Sorğu: Britaniyalıların üçdə ikisi ölkələri uğrunda döyüşmək istəmir

Bakı, 31 avqust, AZƏRTAC

Britaniya vətəndaşlarının üçdə ikisi ölkələrinə hücum olarsa, onların uğrunda döyüşmək istəmir.

AZƏRTAC bu barədə “The Sunday Express” qəzetinin ictimai rəy sorğusunun nəticələrinə istinadla məlumat yayıb.

Sorğuya görə, respondentlərin 64%-i müharibə vəziyyətində Britaniya ordusuna qoşulmağa hazır deyil. Rəyi soruşulanların 6 faizi əks fikir bildirib.

Hər yaş qrupunda silahlı qüvvələrə qoşulmağa can atmayanlar üstünlük təşkil edir. Nəşr neçə nəfərin sorğuda iştirak etdiyi barədə məlumat verməyib.

Seçilən
27
3
azertag.az

4Mənbələr