AZ

Tramp seçki saxtakarlığına qarşı sərəncam imzalayacaq

BAKI, 31 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkədə seçki saxtakarlığının qarşısını almaq üçün bir sıra tədbirləri nəzərdə tutan sərəncam imzalamaq niyyətindədir.

Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə avqustun 30-da "Truth Social"da məlumat verib.

"Hər seçkidə seçici vəsiqələri olmalıdır. İstisna yoxdur! Bununla bağlı sərəncam imzalayacam!!!"- Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, ağır xəstələr və ya uzaqda olan hərbi qulluqçular istisna olmaqla, poçtla səsvermə aparılmayacaq: "Yalnız kağız bülletenlər!!!"

Vaşinqton administrasiyasının rəhbəri bu ayın əvvəlində ABŞ seçki sistemində islahatlar aparmaq və poçt vasitəsilə səsvermədən imtina etmək niyyətində olduğunu bildirmişdi.

Tramp və digər respublikaçılar Co Baydenin qalib gəldiyi 2020-ci ildəki prezident seçkilərində pozuntularının baş verdiyini iddia ediblər. Onlar bəzi ştatlarda səslərin yenidən sayılması üçün dəfələrlə məhkəməyə müraciət ediblər. Lakin respublikaçıların hərəkətləri nəticəsiz qalıb və onların iddiaları məhkəmələr tərəfindən rədd edilib.

Seçilən
64
teleqraf.com

1Mənbələr