AZ

Şəmkürdə ağır qəza: 1 ölü, 3 yaralı var

Şəmkirdə ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, ağır yol qəzası rayon ərazisində qeydə alınıb. 

Hərəkətdə olan "MAZ" markalı yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq aşıb.

Qəza zamanı Z.Səmədov hadisə yerində ölüb. Daha 3 nəfər isə  müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
138
1
bizim.media

2Mənbələr