AZ

İlham Əliyev və Si Cinpin. Avrasiya sabitliyi faktoruna çevrilmiş etimad diplomatiyası

Bakı. Trend:

Son illər Azərbaycan ilə Çin arasında münasibətlərkeyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu prosesin əsas dayağıPrezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinarasında qurulmuş etibarlı dialoq və şəxsi tərəfdaşlıqdır. Liderlərarasındakı qarşılıqlı anlaşma təkcə Bakı ilə Pekin arasındaikitərəfli yaxınlaşmanı möhkəmləndirmir, həm də Avrasiyadabeynəlxalq proseslərə təsir edən mühüm amil kimi çıxışedir.

Bazar günü ŞƏT sammiti ərəfəsində Tiencində keçirilən görüş dəbu reallığı bir daha təsdiqlədi. Danışıqlar dostluq və səmimiyyətşəraitində keçdi, tərəflərin münasibətlərə strateji və uzunmüddətliyanaşdığını ortaya qoydu. Si Cinpinin İlham Əliyevə ənənəvi olaraq“əziz dostum” müraciəti etməsi, Azərbaycan Prezidentinin buəməkdaşlıqdakı xüsusi rolunu vurğuladı.

Çin lideri İlham Əliyevə ölkəsinin Yaponiya üzərində qələbəsinin80 illiyi münasibətilə keçirilən ŞƏT-in Plyus sammiti və hərbiparadda iştirakına görə təşəkkürünü bildirdi. Bu addım AzərbaycanınÇinin tarixi yaddaşına hörmətini göstərməklə yanaşı, BakınınPekinin çoxtərəfli təşəbbüslərinə fəal inteqrasiyaya hazırolduğunun da təsdiqi oldu.

Görüşün əsas mövzularından biri iqtisadi əməkdaşlıq idi. Bu ilinyanvar-iyul aylarında Azərbaycan ilə Çin arasında ticarətdövriyyəsi 2,5 milyard dollara çataraq ötən ilin eyni dövrü iləmüqayisədə 26,7 faiz artıb. Azərbaycanın Çinə ixracı 4,5 dəfəartaraq 53,3 milyon dollara yüksəlib, Çindən idxal isə 2 milyarddolları ötüb. Bununla da Çin Azərbaycanın ən böyük maltədarükçüsünə çevrilib. Bu dinamika Azərbaycanın “Bir kəmər, biryol” təşəbbüsündə əsas həlqə kimi artan rolunu da əks etdirir. OrtaDəhliz marşrutlarının ölkə ərazisindən keçməsi Pekinin Avropabazarlarına çıxışını təmin edir.

Enerji, yaşıl texnologiyalar, rəqəmsal sahə və süni intellektüzrə əməkdaşlıq da gündəlikdə mühüm yer tutur. Çin şirkətləriAzərbaycanın bərpa olunan enerji layihələrinə böyük maraqgöstərirlər ki, bu da Bakının strateji prioritetləri ilə üst-üstədüşür.

Siyasi müstəvidə Azərbaycan daim Çinin ərazi bütövlüyünüdəstəkləyir, Tayvan, Honq-Konq və Sincan məsələlərində Pekinləhəmrəyliyini ifadə edir. Çin isə Azərbaycanın ŞƏT çərçivəsindərolunun gücləndirilməsini dəstəkləyir və bu, ölkəmizin regionaloyunçudan Avrasiyanın aparıcı proseslərinin iştirakçısınaçevrilməsi yolunu açır.

Beləliklə, İlham Əliyev və Si Cinpin arasında formalaşanetibarlı tərəfdaşlıq Bakı-Pekin münasibətlərini sabit etimad vəqarşılıqlı fayda üzərində qurulmuş güclü ox halına gətirir. Bumünasibətlər qlobal qeyri-müəyyənlik fonunda Avrasiyadauzunmüddətli sabitlik və inkişafın dayanıqlı dayağına çevrilir.

Seçilən
49
2
az.trend.az

3Mənbələr