ABŞ Prezidenti Donald Tramp seçki saxtakarlığının qarşısının alınmasına yönəlmiş sərəncam imzaladığını açıqlayıb.
Publika.az xəbər verir ki, o, buarədə "Truth Social"dakı hesabında yazıb.
"Seçici vəsiqələri hər seçkidə olmalıdır. İstisna yoxdur! Bununla bağlı sərəncam imzalayacam!", - o deyib.
Tramp həmçinin əlavə edib ki, o, yalnız ağır xəstələr və ABŞ ərazisindən uzaqda yerləşən hərbi qulluqçular üçün istisna olmaqla, poçtla səsverməni qadağan edəcək.