"Azərbaycan dialoq tərəfdaşı kimi ŞƏT-lə sıx əməkdaşlıq edir"
Azərbaycan dialoq tərəfdaşı kimi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə sıx əməkdaşlıq edir.
Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.