Misli Premyer Liqasının III turunda “Turan Tovuz” səfərdə “Neftçi”ni məğlub edib – 1:0. Görüşün ardından matçın baş hakimi Əliyar Ağayevin idarəçiliyi müzakirələrə səbəb olub.
Qarşılaşmadakı mübahisəli epizodlara aydınlıq gətirməsi üçün türkiyəli sabiq FİFA referisi Deniz Ateş Bitnelə müraciət etdik.
Mütəxəssis Bassalu Sambunun yerdə qaldığı epizodda penalti olub-olmadığını, İqor Ribeyronun aldığı qırmızı vərəqəni və Hayderson Hurdatonun İmad Faraja qarşı kobud müdaxiləsini şərh edib.
Həsən Quluzadə / İdmanxeber.az