AZ

Aylar sonra ABŞ dan Lavrova təsdiq gəldi Bəli, NATO nu bitiririk

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Şimali Atlantika Alyansı ( NATO ) öz missiyasını yerinə yetirdiyi üçün hələ 1990-cı ildə ləğv edilməli idi”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı iqtisadçı və Kolumbiya Universitetinin professoru Cefri Saks “RİA Novosti”yə açıqlamasında deyib.

” SSRİ rəhbəri olmuş Mixail Qorbaçov Varşava Müqaviləsini ləğv edəndə Alyansın da fəaliyyəti dayandırılmalı idi. Qərb deməli idi ki, bəli,  biz NATO-nu bitiririk”, – Saks bildirib.

Onun sözlərinə görə, hərbi blok artıq mövcud olmayan SSRİ ilə qarşıdurma yaratmaq üçün yaradılmışdı və artıq bu zərurət yoxdur:

“NATO-nun Vaşinqtonun güc alətinə çevrilməsi və onun şərqə, Rusiya sərhədlərinə doğru genişlənməsinin əsassızdır”.

Qeyd edək ki, aylar əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da oxşar fikirlər çıxış etmişdi. “NATO ilk növbədə Sovet İttifaqının mövcudluğunu dayandırdıqdan sonra ləğv edilməli idi, necə ki Varşava Müqaviləsi fəaliyyətini dayandırdı”, – deyə o bildirmişdi.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
globalinfo.az

1Mənbələr