ain.az, Yeniavaz saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp əmindir ki, ABŞ, Rusiya və Ukrayna arasında sülh yolu ilə nizamlanmaya dair üçtərəfli görüş baş tutacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ prezidenti “Daily Caller”ə müsahibəsində bildirib.
Lakin o, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin ikitərəfli görüş keçirə biləcəklərini bilmir:
“Üçtərəfli görüş baş tutacaq. İkitərəfli - bilmirəm, amma üçtərəfli olacaq. Bilirsiniz, bəzən insanlar buna hazır deyil”.
Prezident öz fikrini açıqlayarkən belə bir bənzətmə etdi:
“Uşağın var, oyun meydançasında başqa uşaq var və onlar bir-birlərinə nifrət edirlər, qollarını çırmalamağa başlayırlar, sən də onların dayanmasını istəyirsən, amma davam edirlər. Bir müddətdən sonra dayanmaqlarına özləri də şad olurlar, bilirsinizmi? Demək olar ki, eyni şeydir. Bəzən onları dayandırmaqdan əvvəl bir az mübarizə aparmalı olurlar. Amma bu, uzun müddətdir ki, davam edir. Çox adam ölüb”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.