AZ

“Araz-Naxçıvan” futzal klubunun Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri müəyyənləşib

Bakı, 31 avqust, AZƏRTAC

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib.

Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan çempionu bu mərhələdə Rumıniyanın “Yunayted Qalati”, Lüksemburqun “Differdanj” və Niderlandın “Tayqers Rormund” klubları ilə qarşılaşacaq. Bu mərhələnin oyunları oktyabrın 28-dən noyabrın 2-dək Rumıniyada keçiriləcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" F qrupunda Şimali İrlandiyanın "Sparta Belfast" klubuna 9:1, Şotlandiya "Saltires" komandasına 7:2 və Avstriyanın "Ljuti Krajişniçi" kollektivinə 12:3 hesabı ilə qalib gəlib.

 

Seçilən
108
9
azertag.az

10Mənbələr