Britaniya vətəndaşlarının üçdə ikisi ölkələrinə hücum olarsa, onların uğrunda döyüşmək istəmir.
AZƏRTAC bu barədə "The Sunday Express" qəzetinin ictimai rəy sorğusunun nəticələrinə istinadla məlumat yayıb.
Sorğuya görə, respondentlərin 64%-i müharibə vəziyyətində Britaniya ordusuna qoşulmağa hazır deyil. Rəyi soruşulanların 6 faizi əks fikir bildirib.
Hər yaş qrupunda silahlı qüvvələrə qoşulmağa can atmayanlar üstünlük təşkil edir. Nəşr neçə nəfərin sorğuda iştirak etdiyi barədə məlumat verməyib.