Ucarda yol qəzası olub, 2 nəfər ölüb, 1nəfər xəsarət alıb.
APA xəbərinə görə, hadisə Bakı- Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib.
Bakı istiqamətində hərəkətdə olan, 1970-ci il təvəllüdlü Azər Hacı oğlu Salahovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə Xankəndi sakinləri - 1980-cı il təvəllüdlü Xaliq Şaqman oğlu Qurbanov və onun həmyaşıdı, Elnur Marif oğlu Salahov ölüb. Sürücü A.Salahov isə yüngül xəsarət alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.