Bakı. Trend:
Ucar rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qaracallıkəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanarkonstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizəolunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.