AZ

Sabah havanın temperaturu 36 dərəcəyədək yüksələcək

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sentyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 30-35 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
66
21
baku.ws

10Mənbələr