Azərbaycanlı futbolçu Rüfət Abdullazadənin çıxış etdiyi “Varajdin” Xorvatiya çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən komanda 5-ci tur çərçivəsində lider Zaqreb "Dinamo"su ilə qarşılaşıb.
"Varajdin" evdə 2:2 hesablı bərabərliyə nail olub.
46-cı dəqiqədə meydana daxil olan Rüfət qol ötürməsi verib. O, 52-ci dəqiqədə komandasının vurduğu ilk qolda assist edib. Bu, yayda "Dinamo"ya keçən Rüfətin Xorvatiya çempionatında 3-cü oyunudur.
Qeyd edək ki, “Varajdin” 5 turdan sonra 6 xalla 4-cü sıradadır.