Hazırda azad agent olan Ceymi Vardi karyerasını Niderlandda davam etdirə bilər.

Offsdideplus.az xəbər verir ki, "Feyenoord" onunla yaxından maraqlanır. Klubun baş məşqçisi Robin van Persi təcrübəli hücumçunu komandasında görmək istəyir.

Bu barədə "Daiıy Telegraph" məlumat yayıb.

C. Vardi 13 ilin ardından bu yay "Lester"dən ayrılıb. 

Qeyd edək ki, Avropada "transfer pəncərəsi" sabah axşam bağlanacaq.