Aşpaz və televiziya ulduzu Qordon Ramzi sosial mediada üzündə əməliyyat sonrası qalan çapıqlarının fotosunu paylaşıb. O, paylaşımında dəri xərçənginin bir növü olan bazal hüceyrəli karsinomanın götürülməsindən bəhs edib.
BAKU.WS xəbər verir ki, Qordon Ramzi izləyicilərinə müraciət edərək yazıb:
"Zəhmət olmasa, bu həftəsonu günəşdən qoruyucu krem çəkməyi unutmayın. Bu, üz düzəltmə əməliyyatı deyil."