AZ

Bolqarıstan Ukraynaya kömək etməyəcək: “Sakinlərimizin suyu yoxdur”

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

“Bolqarıstan Ukraynaya kömək edə bilmir, çünki onun bir çox sakinlərinin suyu belə yoxdur”.

Yeniavaz.com xəbər verir ki, bunu “RİA Novosti”yə Bolqarıstan parlamentinin deputatı, Veliçie partiyasının lideri İvelin Mixaylov Sofiyanın Kiyevə üç Mi-24 helikopterini ötürməsi ilə bağlı məlumatı şərh edərkən deyib.

“Hakimiyyət Aİ siyasətini dəstəkləmək üçün belə qərarlar verir. Amma bizim Ukraynanı dəstəkləməyə pulumuz yoxdur. İnsanlarımızın suyu belə yoxdursa, biz Ukraynaya necə kömək edə bilərik?”, - Mixaylov bildirib.

O qeyd edib ki, Ukraynanı dəstəkləmək istəyən təkcə bolqar xalqı deyil, hər şeydə Aİ-nin ardınca gedən hakimiyyətdə olan insanlardır:

“Biz deyəndə ki, biz müharibənin əleyhinəyik, çünki bu, heç kimə sərfəli deyil, bizə deyirlər ki, biz rusiyapərəstik”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
1
yeniavaz.com

2Mənbələr