AZ

Salah Premyer Liqa çempionluğuna əsas namizədinin adını açıqladı - Bu, "Liverpul" deyil

"Liverpul"un ulduz hücumçusu Məhəmməd Salah bu mövsüm İngiltərə Premyer Liqasında çempionluğa əsas namizədin adını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, misirli futbolçu bu barədə "Sky Sports"a belə deyib: "

"Liverpul" və "Mançester Siti"nin heyətində çoxlu dəyişikliklər var. Bu, bəzən vəziyyəti çətinləşdirir. Təbii ki, Qvardiolanın sükanı arxasında olduğu komanda həmişə favorit olacaq, lakin hazırda çempionluğa əsas namizəd "Arsenal"dır. "Topçular"ın geniş heyəti var, bütün oyunçuları bir-birilərini yaxşı başa düşür". 

Xatırladaq ki, ölkə çempionatının ilk iki oyununda Mikel Artetanın rəhbərliyi altında “topçular” iki "quru" qələbə qazanıb, bu görüşlərdə ümumilikdə 6 qol vurub.

Mirağa

Seçilən
44
fanat.az

1Mənbələr