Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayon mərkəzində, Abbasağa Azərtürk küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, “Opel” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində “VAZ-2107” markalı nəqliyyat vasitəsində sərnişin qismində olan 3 yaşlı Nazlı Vahibzadə ölüb. Həmin maşında olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
***
Cəlilabad rayonunda baş verən yol qəzasında xəsarət alanların kimliyi bilinib.
Onlar ölən uşağın valideynləri Vüsal Vahibov və Xoşbəxt Vahibovadır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Surxay Şahbazov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.