AZ

“Mançester Siti” Ederson üçün “Fənərbaxça”nın təklifini rədd etdi

Idmanxeber.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Mançester Siti”nin qapıçısı Edersonla bağlı “Fənərbaxça”nın etdiyi təklif cavabsız qalıb.

İdmanxeber.az xəbər verir ki, Türkiyə klubu braziliyalı qolkiper üçün 12 milyon avro ödəməyə hazır idi. Lakin “şəhərlilər” bu məbləği yetərli hesab etməyib.

Buna baxmayaraq, “Fənərbaxça” mübarizədən geri çəkilməyib və danışıqları davam etdirir. Braziliyalı qapıçıya maraq göstərən digər klub isə “Qalatasaray”dır.

Qeyd edək ki, 32 yaşlı Edersonun “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin ortalarında başa çatır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
idmanxeber.az

2Mənbələr