AZ

Aİ ABŞ tərəfindən fələstinli rəsmilərə viza qadağasının tətbiq edilməsini qınayıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

Avropa İttifaqı (Aİ) ABŞ-ı fələstinli rəsmilərə tətbiq edilən viza qadağasını ləğv etməyə çağırıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Avropa Komissiyasının sədr müavini Kaya Kallas Kopenhagendə keçirilən Aİ xarici işlər nazirlərinin toplantısından sonra açıqlama verib.

“Biz ABŞ-ı BMT və ev sahibi ölkə arasında mövcud razılaşmalar çərçivəsində qərarı yenidən nəzərdən keçirməyə çağırırıq” – deyə, Kallas vurğulayıb.

Xatırladaq ki, Vaşinqton sentyabrın sonunda keçiriləcək BMT Baş Assambleyasına qatılacaq Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas da daxil olmaqla 80 nəfərlik nümayəndə heyətinə viza verməkdən imtina edib və ya artıq verilmiş vizaları ləğv edib.

Seçilən
16
turkic.world

1Mənbələr