Avqustun 31-də "Tianjin Meijiang" Beynəlxalq konqres və sərgi mərkəzində Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuanın adından dövlət və hökumət başçıları və xanımlarının şərəfinə ziyafət verilib, konsert proqramı təqdim olunub.
Mia.az xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.
Çində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkə başçıları üçün ziyafət təşkil olunub.
Həmin anın görüntülərini təqdim edirik:
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində keçiriləcək tədbirlərin start götürdüyü "Meytszyan" konqres‑sərgi mərkəzinə gəliblər.
Mia.az xəbər verir ki, İlham Əliyevi və Mehriban Əliyevanı Çin lideri və xanımı qarşılayıblar.