AZ

Ağcabədi sakinini bıçaqlayan şəxs tutulub

Mia.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ağcabədi sakinini bıçaqlayan şəxs tutulub.

Mia.az xəbər verir ki, avqustun 30-da saat 22 radələrində Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində Hüslülü kənd sakini, 2004-cü il təvəllüdlü İnqilab Qəhrəmanov qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib. 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törədərək hadisə yerindən qaçan Pərioğlular kənd sakini, 2005-ci il təvəllüdlü Azər Həsənquliyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisənin mal-qara alveri ilə bağlı yaranmış münaqişə zəminində baş verdiyi bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
mia.az

1Mənbələr