AZ

Oskar Piastri Niderland Qran-prisinin qalibi oldu

“Maklaren” komandasının pilotu Oskar Piastri Formula 1 üzrə Niderland Qran-prisində qalib gəlib.

90deqiqe.Az-ın məlumatına görə,  Ikinci yeri “Red Bull” sürücüsü, dördqat və hazırkı dünya çempionu Maks Verstappen tutub. “Racing Bulls” pilotu İsak Hacer isə podiumun üçüncü pilləsinə yüksəlib.

Yeddiqat dünya çempionu, “Ferrari”nin pilotu Lyuis Hemilton qəza səbəbindən yarışı dayandırıb. “Maklaren”in digər sürücüsü, Piastrinin komanda yoldaşı Lando Norris də texniki nasazlıq üzündən finişə çata bilməyib.

Niderland Qran-prisinin yekun nəticələri:

Oskar Piastri (“Maklaren”) — 72 dövrə

Maks Verstappen (“Red Bull”) +1.271

İsak Hacer (“Racing Bulls”) +3.233

Corc Rassell (“Mercedes”) +5.654

Aleksander Albon (“Williams”) +6.327

Oliver Berman (“Haas”) +9.044

Lens Stroll (“Aston Martin”) +9.497

Fernando Alonso (“Aston Martin”) +11.709

Yuki Tsunoda (“Red Bull”) +13.597

Esteban Okon (“Haas”) +14.063

Franko Kolapinto (“Alpine”) +14.511

Liam Lawson (“Racing Bulls”) +17.063

Karlos Sayns (“Williams”) +17.376

Niko Hyulkenberq (“Kick-Sauber”) +19.725

Qabriel Bortoletto (“Kick-Sauber”) +21.565

Andrea Kimi Antonelli (“Mercedes”) +22.029

Pyer Qasli (“Alpine”) +23.629

Lando Norris (“Maklaren”) — yarışı dayandırıb

Şarl Lekler (“Ferrari”) — yarışı dayandırıb

Lyuis Hemilton (“Ferrari”) — yarışı dayandırıb

Seçilən
73
90deqiqe.az

1Mənbələr